Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər – XƏBƏRDARLIQbackend

“Əgər situasiya pisləşməyə doğru gedərsə, xüsusi karantin rejimi regional və ya ölkə miqyasında sərtləşdirilə bilər”.

İctimai.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, insanlar karantin rejiminin tələblərinə riayət etməlidirlər:

“Gigiyena məsələsi əsasdır. Maska taxılmalıdır. Təəssüf ki, bu gün qaydalara heç kim riayət etmək istəmir. Bunu koronavirusa yeni yoluxanların sayındakı artımda da görə bilərik”.

İctimai.az