Azərbaycanda karantinin növbəti yumşalmasında açılacaq məkanlar bəlli oldu – RƏSMİbackend

‌“Azərbaycanda milli parkların açılması gözlənilir”.

İctimai.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbəri Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, karantin rejimi ilə bağlı yumşalma tədbirləri davam edərsə, mayın 31-dən sonra ölkədə fəaliyyət göstərən milli parkların açılması mümkündür.

H.Əlizadə bildirib ki, hazırda milli parklar mövcud qərarla əlaqədar bağlıdır.

İctimai.az