Azərbaycanda kişi arvadının xəyanətinin üstünü açdıbackend

Lerikdə kişi həyat yoldaşının ona xəyanət etməsinin üstünü açıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Y.L.-nın arvadı ona əmisi oğlu A.T. ilə xəyanət edib.

Bununla əlaqədar Y.L. əmisi oğlu ilə mübahisə edib. Bildirilir ki, Y.L.-nın həyat yoldaşı ilə A.T.-nın bir müddətdir ki, yaxın əlaqəsi olub.

Hüquq-mühafizə orqanları faktı  təsdiq edib.

Sorğumuza cavab olaraq bildirilib ki, faktla bağlı Lerik Rayon Polis Şöbəsinin İstintaq qrupu tərəfindən araşdırma aparılır.