Azərbaycanda koronavirus: Son sutkada ölən yoxdurbackend

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən yoxdur.

İndiyədək ölkədə ümumilikdə 792 335 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 467 nəfər müalicə olunaraq sağalıb, 9 705 nəfər vəfat edib. 163 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 613, bu günə qədər isə ümumilikdə 6 762 824 test icra olunub.