Azərbaycanda koronavirusa görə kəndə giriş-çıxış bağlanıb? – RƏSMİbackend

Sosial şəbəkələrdə Göyçayın Qaraməryəm kəndində koronavirus pandemiyasına görə giriş-çıxışın bağlanması ilə bağlı məlumatlar yayılıb.

İddia edilib ki, rayonunun Qaraməryəm kəndində əhalinin 70 faizində koronavirusa yoluxma faktı aşkarlanıb və nəticədə polis qəsəbəyə giriş-çıxışı bağlayıb.

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, Göyçay rayonunun Qaraməryəm kəndinin nəzarətə götürülməsi, giriş-çıxışın bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Heç bir polis postu quraşdırılmayıb. Yayılan məlumatlar yanlışdır”.