Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycanda koronavirusa (COVID-19) 803 yeni yoluxma faktı qeydə alınıb, 212 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, səkkiz nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 6734 nəfərdir.

Ölkədə son sutka ərzində 9951, hazırkı dövrədək isə 1270144 test aparılıb.

Ümumi ölənlərin sayı 656 nəfərdir.

Ümumi yoluxanların sayı 48221 nəfər, ümumi sağalanların sayı 40831 nəfərdir.

İctimai.az