Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycanda koronavirusa (COVID-19) 4 381 yeni yoluxma faktı qeydə alınıb, 3 658 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 47 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 61 765 nəfərə çatıb.

Ölkədə son sutka ərzində 16 282, hazırkı dövrədək isə 1 918 866 test aparılıb.

Ümumi ölənlərin sayı 1 840 nəfərdir.

Ümumi yoluxanların sayı 167 155 nəfər, ümumi sağalanların sayı 103 550 nəfərdir.