Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycanda koronavirusa (COVID-19) 176 yeni yoluxma faktı qeydə alınıb, 841 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 17 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 12379 nəfərə çatıb.

Ölkədə son sutka ərzində 4086, hazırkı dövrədək isə 2272009 test aparılıb.

Ümumi ölənlərin sayı 2926 nəfərdir.