Azərbaycanda koronavirusa yoluxanların sayı artdı – RƏSMİbackend

“Martın 31-dən saat 00:00-da koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı növbəti tədbirlər həyata keçirilib. Vətəndaşların özünütəcrid üçün şərait yaradılıb”.

İctimai.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda əlavə 41 koronavirusa yoluxma faktı var:

“Səkkiz nəfərin vəziyyəti ağırdır, 11 orta ağırdır və digərlərinin vəziyyəti stabildir”.

İctimai.az