Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdıbackend

Azərbaycanda koronavirusa (COVID-19) 1346 yeni yoluxma faktı qeydə alınıb, 598 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 15 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 16516 nəfərdir.

Ölkədə son sutka ərzində 9592, hazırkı dövrədək isə 1457177 test aparılıb.

Ümumi ölənlərin sayı 867 nəfərdir.

İctimai.az