Azərbaycanda koronavirusa yoluxma 400-ə çatdıbackend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 399 yeni yoluxma faktı qeydə alınıb, 271 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən iki nəfəri vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 797 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 785 437 nəfər müalicə olunaraq sağalıb, hazırda 2 103 aktiv xəstə var. Bu günə qədər 9 741 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 543, bu günə qədər isə ümumilikdə 7 033 280 test icra olunub.