Azərbaycanda lotereyada böyük məbləğdə pul udan qohumlar arasında dava düşdübackend

Ağcabədi rayonunda lotereya oyunlarında pul udan qohumlar arasında mübahisə baş verib.

Oxu.Az-ın məlumatına görə, qohumlar pulu bölə bilmədikləri üçün aralarında dava baş verib.
İddia edilib ki, onlar polis tərəfindən həbs ediliblər.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  bildirilib ki, Ağcabədi rayonunda lotereya oyunlarında uduş əldə edən qohumların polis əməkdaşları tərəfindən saxlanılması haqda yayılan məlumat həqiqətə uyğun deyil:

“Belə ki, qohumlar arasında məbləğin bölünməsi ilə bağlı yaranmış anlaşmazlığa görə DİN-in 102 Zəng Xidmətinə müraciət edilib. Həmin şəxslər Ağcabədi Rayon Polis Şöbəsinə dəvət olunublar, onlarla profilaktik söhbətlər aparılıb, problemli məsələnin həll olunması üçün aidiyyəti üzrə yönləndiriliblər”.

Qeyd edək ki, Azərbaycanda bir neçə gün əvvəl ani lotereyalar tarixində ən böyük uduş, yəni 200 000 manat qazanılıb.