Azərbaycanda məktəb binası çökdü: Ölənlər varbackend

Naxçıvanda baş verən hadisə zamanı 3 nəfərin öldüyü bildirilir.

Bu barədə  Naxçıvan MR Xəstəxanasının qəbul şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, ilkin məlumata görə, üç nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Təhsil Nazirliyindən isə bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur:

“Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər. Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.