Azərbaycanda məktəbli bədbəxt hadisə nəticəsində öldübackend

Şəki rayonunda bədbəxt hadisə baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Kiş kəndində qeydə alınıb.

2006-cı il təvəllüdlü Faiq Abdullayev yaşadığı evin həyətindəki hasara çıxıb və oradan düşmək istədiyi zaman yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.