Azərbaycanda məşhur xəstəxanada əməliyyat – Vəzifəli şəxs SAXLANILDIbackend

Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.

Oxu.Az “Unikal”a istinadla xəbər verir ki, əməliyyat zamanı sözügedən xəstəxananın baş həkiminin müavini – hərbi həkim komissiyasının sədri Elxan Əsədov barəsindəki korrupsiya iddialarına görə saxlanılıb. Daha sonra o, sərbəst buraxılıb.

Xatırladaq ki, E.Əsədov 2023-cü ildə bu vəzifəyə təyin edilib.

Onu da qeyd edək ki, 1 saylı Psixiatriya Xəstəxanasının baş direktoru Orxan Cəfərovdur.

Azərbaycanda məşhur xəstəxanada ƏMƏLİYYAT - Vəzifəli şəxs SAXLANILDI