Azərbaycanda mətbuat katibini təhqir edən şəxs həbsbackend

Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmmədi təhqir edən şəxs həbs olunub.

Oxu.Az-ın məlumatına görə, Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmmədin şikayəti əsasında Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılıb.

Araşdırmalar nəticəsində özünü sosial şəbəkədə “Hülya TV”nin rəhbəri kimi təqdim edən Səxavət Hüseynovun onu təhqir etməsi məlum olub. S.Hüseynov saxlanılıb və barəsində protokol tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə Səxavət Hüseynov 20 sutka həbs edilib.

Xatırladaq ki, S.Hüseynov sosial şəbəkədə özünü “Hulya TV”nin əməkdaşı kimi təqdim edərək video paylaşıb. O, videoda R.Məmmədi təhqir edib. R.Məmməd bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib.