Azərbaycanda nazirlik əməkdaşları güllələndibackend

“Ötən gecə Qızılağac Milli Parkının mühafizə yegerləri və mühafizə müfəttişinə qarşı zor tətbiq olunması nəticəsində yaralanan üç şəxsin müalicəsi davam etdirilir”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, gecə saatlarında brakonyer Qızılağac Milli Parkının Kiçik Körfəz ərazisində qanunsuz balıq ovu üçün daxil olublar:

“Onlar əməkdaşlarımıza atəş açıb. Üç nəfər yaralanıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb”.

O qeyd edib ki, nazirliyin əməkdaşları hadisə baş verən əraziyə ezam edilib:

“Daha geniş məlumat veriləcək”.