Azərbaycanda növbədənkənar parlament seçkisində səsvermə başa çatdıbackend

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçki ilə əlaqədar səsvermə başa çatıb.

İctimai.az xəbər verir ki, seçki ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilib.

Seçki məntəqələri saat 8:00-da açılıb və 19:00-da bağlanıb.

Parlament seçkisində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.