Azərbaycanda oğlu cəbhədə olan məmur koronavirusdan vəfat etdibackend

1 saylı Bakı Məşğulluq Mərkəzinin direktor müavini Fərəc Qasımzadə koronavirusdan vəfat edib.

“Report”un məlumatına görə, F.Qasımzadə və həyat yoldaşı bir müddət öncə koronavirusa yoluxub və xəstəxanaların birində müalicə alıblar.

F.Qasımzadənin həyat yoldaşının da vəziyyətinin kritik olduğu deyilir.

Mərhumun oğlu hazırda cəbhədə hərbi xidmətdədir.

F.Qasımzadə uzun müddət Səbail rayon Məşğulluq Xidmətinin rəhbəri olub, bir müddət əvvəl 1 saylı Bakı Məşğulluq Mərkəzinin direktor müavini təyin edilib.

İctimai.az