Şəmkir rayonunda oğul anasını qətlə yetirib.
Oxu.Az-ın məlumatına görə, hadisə martın 30-da günorta saatlarında rayonun Qaracəmirli kəndində baş verib.
Kənd sakini 1993-cü il təvəllüdlü Anar Allahverdiyev anası, 1959-cu il təvəllüdlü Çiçək Sərdarovaya hücum edib.
O, anasını balta ilə qətlə yetirib. Qətldən sonra A.Allahverdiyev üzərinə tezalışan maddə tökərək özünü yandırıb. Hadisə zamanı o da ölüb.
Faktla bağlı araşdırma aparılır.












