Azərbaycanda olmayan maraqlı biznes ideyalarbackend

Müasir dövrdə biznesin uğurlu, uzunmüddətli və gəlirli olması üçün effektiv biznes ideya önəmli hesab edilir. Biznes ideyalar daha çox gəlir qazanmaq və müstəqil olmaq üçün ən vacib vasitədir. Hər gün minlərlə ideyalar yaranır, bir o qədər ideyalar da məhv olur.

Bugün Azərbaycanda bir çox sahələr üzrə biznes ideyalar üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı yetərincədir. Ənənəvi biznes sahələri ilə yanaşı, ölkəmizdə innovativ və rəqəmsal bizneslərin sayı da günü-gündən çoxalmaqdadır. Bugün Azərbaycan biznes bazarı mövsümi və daimi olmaqla 2 istiqamətdə formalaşıb.

Təbii ki, bir sahə üzrə rəqiblərin çoxalması bazarda tələb-təklifə, o cümlədən alıcılıq qabiliyyətinə də təsir edir.
Bundan savayı bəzi biznes ideyaları da vardır ki, həmin bizneslər dünyanın bir çox inkişaf etmiş ölkələrdə populyarlıq qazansa da, Azərbaycanda ya inkişaf etməyib, ya da ümumilikdə mövcud deyildir.

İctimai.az Azərbaycanda olmayan, lakin dünyada maraqla qarşılanan bir sıra biznes ideyaları təqdim edir:

1. Ev heyvanları üçün danışıq düymələri

Bir çox fərqli biznes ideyaları arasında yer alan bu seçim xaricdə çox populyardır. Ev heyvanları üçün danışıq düymələri nədir? Misalçün, pişik və ya itinizi öyrədərkən Siz daim danışır, əmrlər verirsiniz və onların onlara tabe olmasını gözləyirsiniz.

Ev heyvanları üçün danışıq düymələri vasitəsilə sahibləri tərəfindən verilən əmrlər başa düşülr. “Yemək”, “Bəli”, “Yox”, “Səni sevirəm”, “Nə?”, “Park”, “Oyna” və s. kimi sadə söz və ifadələr eşidir, əmrlərə reaksiyalar verirlər. Düymələr sayəsində onlar bizə öz istəklərini bildirə bilərlər.
Danışıq düymələri ölkəmizdə populyar olmasa da , lakin xarici ölkələrdə böyük diqqət çəkir.

2. Səyyar pizza maşınları və pizza avtomatları

Bütün dünyada olduğu kimi, Azərbaycanda da pizza müştərilərinin sayı getdikcə artmaqdadır. Daha çox gənclərin sevimli qidası olan pizzalar ölkəmizdə daha çox restoranlarda təqdim olunur. Bəzən müştərilər bu qidanı əldə etmək üçün əlavə zaman itirirlər. Buna görə də xüsusilə avropada geniş yayılan səyyar pizza maşınları və pizza aparatları biznes ideyası uğurlu hesab oluna bilər. Bugün ölkəmizdə səyyar şəkildə müxtəlif qidalar və içkilər satıldığı kimi, səyyar pizza satışı effektiv olması ehtimalı yüksəkdir. Bu həmdə müştərinin qısa zamanda və rahat şəkildə pizza əldə etməsinə şərait yaradacaqdır.

3. Fiziki məhdudiyyətli şəxslər üçün əyləncə mərkəzləri

Bütün dünyada olduğu kimi, ölkəmizdə də fiziki məhdudiyyətli şəxslərin sayı az deyil. Təəssüf ki, gündəlik həyatı kifayət qədər çətin olan bu insanlar üçün əyləncə məkanları demək olar ki yoxdur. Bugün bir çox inkişaf etmiş ölkələrdə həmin şəxslərin əyləncəsi üçün biznes ideyalar reallaşsa da, ölkəmizdə bu cür biznes ideyanın reallaşmayıb.
Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan bu cür insanları nəzərə alsaq, belə bir təşəbbüsə dəyər və bu, ölkə daxilində böyük maraqla qarşılana bilər.
Müxtəlif biznes ideyalarında heyvan kirayəsi var. Heyvanların kirayəsi xaricdə çox yayılmış bir təcrübədir.

4. Heyvan İcarəsi

Bir kənddə yaşayan, lakin təsərrüfat heyvanı olmayanların müraciət etdiyi bir ərazi düşünək. İnəkləri, toyuqları və ya qoyunları olmayan şəxs təbii süd və yumurta istəyə bilər. Bu səbəbdən bu heyvanlar müəyyən dövrlərdə fərdlərə icarəyə verilə bilər.
Heyvanı almaq əvəzinə bir neçə aylıq kirayə vermək insanı maddi cəhətdən məcbur etmir. Ona görə də almaqdansa kirayəyə üstünlük verirlər.
Bunu Azərbaycanda olmayan biznes ideyaları arasında saysaq da, biznesin etik tərəfi haqqında məlumat verə bilmərik. Tərəflər arasında yarana biləcək mümkün anlaşılmazlıqların minimum olması və razılığın əldə edilməsi üçün həmin biznes ideya geniş şəkildə araşdırılmalıdır. Qeyd edək ki, bu ideya Azərbaycan üçün qəribə görünsə də, bəzi ölkələrdə geniş şəkildə yararlanılır.

Məqalənin müəllifi: Nərmin Əliyeva