Azərbaycanda polis əməkdaşları qəzaya düşdü: Ölən və yaralanan varbackend

Oğuz rayonunda baş verən yol qəzasında ölən və yaralanan şəxslərin polis əməkdaşları olduğu məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, qəzada ölən 1995-ci il təvəllüdlü Şamxal Seyidəliyev, xəsarət alan isə 1998-ci il təvəllüdlü İbrahim Səfərovdur.

Onlar Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarıdır.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.