Azərbaycanda qış transfer pəncərəsi açıldıbackend

Azərbaycan klubları üçün 2025/26 mövsümünün qış transfer pəncərəsi açılıb.

İctimai.az xəbər verir ki, bu gündən etibarən klublar yeni futbolçularını qeydiyyatdan keçirə biləcəklər.

Peşəkar Futbol Liqasının (PFL) qərarına əsasən, transfer dönəmi 31 gün davam edəcək. Oyunçuların qeydiyyatı üçün son tarix fevralın 10-u (saat 23:59-a kimi) olacaq.

31 mart 2026-cı il azad agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix kimi müəyyən edilib.