Azərbaycanda sabiq nazir vəfat etdi – FOTObackend

Azərbaycanın sabiq Rabitə naziri Nadir Əhmədov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Unikal.org-a N.Əhmədovun yaxınları məlumat verib. O, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, N.Əhmədov 1997-2004-cü illərdə Rabitə naziri vəzifəsində çalışıb.

N.Əhmədov sabah dəfn ediləcək.

İctimai.az