Azərbaycanda şagird qızdırmadan öldübackend

10 yaşlı uşaq Bakıya aparılarkən yolda vəfat edib.

İctimai.az xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, 11 yanvar 2020-ci ildə, saat 10:24-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən Rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib.

Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb. 12 yanvar 2020-ci ildə saat 00:05-də ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub, təcili yardım şöbəsində yardım edilib. Valideynləri tərəfindən Bakıya aparılarkən yolda ölüb.

Faktla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi araşdırma aparır.

İctimai.az