Azərbaycanda sekslə kortəbii tanışlıq: “Ya yengə izah edir, ya da…”backend
Rəqəmsal dünyadakı yeniliklərin ən çox dəyişdirdiyi sahələrdən biri porno industriyasıdır.
Bu inqilabi transformasiya pornoqrafiyaya baxmağın insan sağlamlığına təsiri ilə bağlı mübahisələri yenidən alovlandırdı. Pornoqrafiyaya baxmağın zərərli olduğuna işarə edən bir çox elmi araşdırmalarla yanaşı, pornoqrafiyanın cütlüklərin münasibətlərini yaxşılaşdırdığını iddia edən araşdırmalar da mövcuddur.
Azərbaycanda “Google”da 2021-2022-ci illər üzrə ən çox axtarışa verilən saytların siyahısında porno saytların ilk sırlarada yer alması da bu baxımdan diqqəti cəlb edir.
Bəs, porno izləmək hansı psixoloji basqının nəticəsidir?
Mövzu ilə bağlı Bakupost.az -a danışan “İnsan Mühəndisliyi” proqramının müəllifi, psixoloq Rövşən Nəcəfovun fikrincə, cinsi mövzularda maariflənmənin zəif olduğu cəmiyyətlərdə bu hallara rast gəlmək normaldır:
“Seks aclığı tək bizim cəmiyyətdə deyil, bütün cəmiyyətlərdə var. Ümumiyyətlə, insan təbiəti həmişə hər şeyə acdır. Müəyyən yaşdan sonra cinsi həyatı normal olmayan insanlar həddindən artıq aqressiv olurlar. Hətta cinayətkarların belə müəyyən faizi cinsi problem yaşayan insanlardır. Ailədə konfliktlərin yaranmasının da kökündə cinsi problemlər durur. Nə vaxta kimi bizim məktəblərdə cinsi maaarifləndirmə olmayacaq, bu cür problemlər həmişə pik həddə olacaq. Bizdə insanlar sekslə kortəbii tanış olur. Ya ərə veriləndə yengə izah edir, ya da proses təsadüfən baş verir”.
Psixoloq həmçinin qeyd edib ki, daim porno izləmək gələcəkdə fərdlərin cinsi həyatında ciddi problemlərə yol aça bilər:
“Hər gün pornoya baxmaq ancaq yetkinlik yaşlarında olur. O yaş dövründə bu, normaldır. Ancaq müəyyən yaş dövründən sonra insanın cinsi həyatı stabilləşməlidir. Çünki cinsi həyatı normal olmayan insanlarda həmişə fizioloji və psixoloji problemlər olur”.
Xatırladaq ki, Azərbaycanda “Google”da 2021-2022-ci illər üzrə ən çox axtarılan saytların adı açıqlanıb. İlk yerləri yalnız porno saytların tutması gündəm mövzuya çevrilib.
Günel
BakuPost