Azərbaycanda sərnişin avtobusu qəzaya uğradı: Xəsarət alanlar varbackend

Novxanı-Zabrat istiqamətində hərəkət edən 537 nömrəli sərnişin avtobusunun qəza səbəbi məlum olub.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. O bildirib ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb:

“Bu gün saat 14:00 radələrində Kürdəxanı qəsəbəsində 537 nömrəli dövlət qeydiyyat nişanı 90-FB-546 olan və Novxanı-Zabrat marşrut xətti üzrə xidmət göstərən sərnişin avtobusunun iştiakı ilə qəza baş verib. Əməkdaşlarımız hadisə yerində olub. Hadisə zamanı avtobusda sürücü ilə bərabər beş nəfər olub. Dörd sərnişin yüngül xəsarətlər alıb, xəstəxanaya yerləşdirilən olmayıb. Faktla bağlı aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır. İlkin məlumata görə avtobusun sürücüsü qarşısına anidən çıxan piyadanı vurmamaq üçün manevr etmək istədikdə idarəetməni itirib və qəza baş verib”.