Azərbaycanda son sutkada koronavirusdan sağalanların sayı yoluxanları keçdibackend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 488 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslər arasında ölüm halı qeydə alınmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 803 645 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 790 685 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 192 nəfərdir.

Ölkədə son sutka ərzində 4 076, hazırkı dövrədək isə 7 084 848 test aparılıb.