Azərbaycanda taksi sürücüsü 8-ci sinif şagirdini zorlamaq istədi – FOTObackend

Azərbaycanda taksi sürücüsü 8-ci sinif şagirdini zorlamaq istəyib.

Bu barədə sosial şəbəkələrdə video yayılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Füzuli rayon sakini olan taksi sürücüsünün Beyləqan rayonu ərazisində azyaşlı qıza zorakılıq etmək cəhdi ilə əlaqədar Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.