Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxıldı – FOTObackend

10, 20 və 50 qəpiklik metal pul nişanlarının dizaynına Dövlət Gerbi və istehsal ili əlavə olunaraq yenilənib.

Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, yenilənmiş 20 qəpiklik metal pul nişanının ötən ilin dekabr ayından tədavülə buraxılması təmin edilib.

Mərkəzi Bank yenilənmiş 10 və 50 qəpiklik metal pul nişanlarının tədavülə buraxılmasını elan edib.

Yenilənmiş metal pul nişanlarının texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz olaraq saxlanılıb.

Qeyd edilib ki, yenilənmiş metal pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.