Azərbaycanda vaksin vurulmuş şəxslərə pasport veriləcəkbackend

Vaksinasiyanın tətbiq edilməsi üçün tələb olunan mütləq texniki şərtlər açıqlanıb.

Bu barədə məlumat Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncamında öz əksini tapıb.

Vaksinasiyanın tətbiq edilməsi üçün tələb olunan mütləq texniki şərtlər aşağıdakılardır:

“Soyuq zəncir” şəraiti – vaksinlərin ölkəyə gətirilməsi, saxlanılması və məntəqələrə çatdırılması üçün tələb olunan xüsusi infrastrukturun qurulması;

Məlumat bazası – COVID-19 vaksinasiyası üzrə genişməqsədli vahid məlumat bazasının (məs. e-Təbib üzərindən) hazırlanması, digər müvafiq məlumat bazaları ilə inteqrasiya edilməsi və bazada toplanılan bütün məlumatların təhlil edilməsi;

– Vaksinasiya məntəqələrinin şəraiti – məntəqələrin tələb olunan ləvazimatlarla təmin olunması, heyətin təlimatlandırılması və digər hazırlıq tədbirlərinin həyata keçirilməsi;

– Pasportlaşdırma – yekun tövsiyələrə əsasən peyvənd olunmuş şəxslərin cari qeydiyyatı və müşahidəsi üçün müəyyən pasportlaşdırma ehtiyaclarının qarşılanması.

Qeyd edilib ki, strategiyanın məqsədi hazırda geniş yayılmış COVID-19 xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaqdır.