Azərbaycanda valyuta hərraclarında satış artıbbackend

Bu ilin I yarısında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 3 milyard 598,8 milyon ABŞ dolları məbləğində satış olub.

Bu barədə AMB xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Təkcə bu ay isə valyuta satışının məbləği 581 milyon dollar təşkil edib. Bu isə bir il əvvələ nisbətən 7,4 dəfə çoxdur.