Azərbaycanda vəzifəli şəxs işdən azad edildibackend

Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov vəzifəsindən azad edilib.

İctimai.az-ın məlumatına əsasən, onun vəzifəsindən azad olunmasına səbəb Ali Məhkəməyə hakim təyin edilməsidir.

Onun Milli Məclisdəki vəzifəsinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, Milli Məclisin mayın 21-də keçirilən iclasında Ali Məhkəməyə səkkiz hakim təyin olunub, onlardan biri də S.Kərimovdur.