Azərbaycandan külli miqdarda qızıl çıxarmaq istəyən şəxs saxlanılıb.
Oxu.Az Bakupost.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları bununla bağlı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat keçiriblər.
Əməliyyat zamanı 4 kq qızılı ölkədən çıxarmaq istəyən Əfsər Mirzəliyev adlı şəxs saxlanılıb.
Qeyd edək ki, Ə.Mirzəliyev vəzifəli şəxsdir və dövlət qurumlarından birində məsul vəzifədə çalışır.