“Zaur Kərimov Qida Təhlükəsizlik Agentliyinin (AQTA) Bakı Regional bölməsinin rəisi vəzifəsindən öz xahişi ilə azad edilib”.
Bu barədə Oxu.Az-a AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov məlumat verib.
O bildirib ki, sözügedən xəbər köhnə məlumat əsasında hazırlanıb:
“Belə ki, Zaur Kərimov dörd ay bundan əvvəl, yəni daha dəqiq desək, 16.12.2024-cü il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilib və elə həmin tarixdən etibarən bu vəzifəni Elşad Mehman oğlu Cəbrayılov icra edir”.















