Azərbaycanda vəzifəli şəxslərin silahla fotosu yayıldı, DİN və ETSN açıqlama verdibackend

“Meşələrin İnkişafı Xidmətinin Masallı Regional meşə təsərrüfatı müəssisənin direktoru Adəm İsmiyev və onun müavini Sakit Şahmarovun məsuliyyətsiz hərəkətlərinin şəklini paylaşması böyük təəssüf doğurur”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat katibi İradə İbrahimova bildirib.

“Həmin şəxlər məsuliyyətsiz hərəkət ediblər. Onların izahatları alınır, araşdırma aparılır”, – deyə o qeyd edib.

Daxili İşlər Nazirliyi (DİN) Meşələrin İnkişafı Xidmətinin Masallı Regional meşə təsərrüfatı müəssisənin direktoru Adəm İsmiyev və onun müavini Sakit Şahmarovun avtomat və tüfənglə yayılan şəkilləri ilə bağlı açıqlama verib.

DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, məsələ barədə araşdırma aparılır:

“Məsələdən məlumatlıyıq”.