Azərbaycanda xüsusi karantin rejimi uzadıldı – RƏSMİbackend

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi uzadılıb.

Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qərara əsasən, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il noyabrın 1-dən 2022-ci il 1 yanvar saat 06:00-dək uzadılıb.