Azərbaycanda yeni fond yaradıldıbackend

Naxçıvanda Aqrar Sığorta Fondu yaradılıb.

İctimai.az-ın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Fond Naxçıvanda aqrar sığorta sisteminin təşkili və inkişafını təmin etmək məqsədilə yaradılıb.

Aqrar Sığorta Fondu qeyri-kommersiya hüquqi şəxs statusunda fəaliyyət göstərəcək.

İctimai.az