Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT – FOTObackend

Gənclər və İdman Nazirliyində kadr dəyişikliyi olub.

İctimai.az-ın məlumatına görə, bu barədə əmri Gənclər və İdman naziri Azad Rəhimov imzalayıb.

Əmrə əsasən, Nəsirov Həmid Rauf oğlu Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

O, bundan əvvəl Göygöl Rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

İctimai.az