Azərbaycanda zəlzələ oldubackend

Gəncə stansiyasından 45 km şimalda Samux ərazisində 4,3 maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə İctimai.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələ episentrdə üç bala qədər hiss olunub.

Yeraltı təkanlar Gəncə, Şəmkir, Naftalan, Samux, Gədəbəy, Mingəçevir, Ağcabədi, Beyləqan, Şəki və daha bir neçə şəhər və rayonlarda hiss edilib.

İctimai.az