Azərbaycandan olan 4 tələbə dünyasını dəyişib? – ÖZƏL AÇIQLAMAbackend

Türkiyədə baş verən zəlzələ nəticəsində Malatya şəhərində olan 4 azərbaycanlı tələbələrin axtarışları hələ də davam etdirilir.

İctimai.az xəbər verir ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə həmin ərazidə axtarışların dayandırıldığı və binada olan hər kəsin öldüyü deyilsə də, hələ də rəsmi məlumat yoxdur.

Məsələni dəqiqləşdirmək məqsədilə İctimai.az informasiya portalı olaraq tələbələrin yaxınları ilə əlaqə saxladıq.

Yaxınlarının verdiyi məlumata əsasən, axtarışların davam etdirildiyi və hələ də tələbələrdən hər hansı bir məlumat almadıqları bildirilib.

Qeyd edək ki, indiyə kimi zəlzələ nəticəsində 31 mindən çox insan dünyasını dəyişib.