Azərbaycandan Pakistan və Hindistana reyslər mərhələli şəkildə bərpa edilirbackend

Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları”nın (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.

İctimai.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Qeyd edək ki, AZAL-ın Pakistanın Lahor şəhərinə bu günə planlaşdırılan reysi cədvələ uyğun həyata keçiriləcək.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.