Azərbaycanın bu bölgəsində koronavirusa yoluxma sürətlə artırbackend

“Gəncə-Qazax bölgəsində koronavirusa yoluxma 14 faiz, Lənkəranda isə 10 faiz təşkil edir”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, Gəncə zonasında koronavirusa yoluxma sürətlə artıb:

“Orada karantin rejiminə lazımi qədər riayət olunmadığı üçün yoluxma sayı artıb. Bütün yoluxmalar araşdırıldıqda məlum olur ki, xəstələnmə halları ailə üzvləri arasında olur.

Bir vətəndaş ailə üzvlərini xəstəliyə yoluxdurur. Digər tərəfdən, tibb işçiləri arasında da koronavirusa yoluxma müşahidə olunur. Gəncədə belə hal müşahidə olunmuşdu”.

İctimai.az