Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 22 milyard 77 milyon manat, xərcləri isə 23 milyard 214,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,4% az və 13,4% çoxdur.
Son nəticədə büdcədə 1 milyard 137,5 milyon manat kəsir yaranıb.