Azərbaycanın hərbi qulluqçusu həlak oldubackend

Avqustun 9-u səhər saatlarında Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə baş verib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı leytenant Babayev İlqar Rüfət oğlu həlak olub.

Hadisənin səbəbləri araşdırılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.