Azərbaycanın Paralimpiya Oyunlarındakı beşinci medalıbackend

Azərbaycanın daha bir cüdoçusu medal qazanıb.

Oxu.Az-ın xəbərinə görə, bu, Namiq Abbaslıdır.

O, 66 kq çəki dərəcəsində bürünc medal görüşünün qalibi olub. Bununla da Azərbaycan cüdoçuları Paralimpiya Oyunlarında ilk gündə üç medal – iki qızıl və bir bürünc medal qazanıb.

Həmçinin bu, Azərbaycanın qazandığı beşinci medal olub. Daha əvvəl üzgüçülükdə qızıl və pauerliftinqdə bürünc medal qazanmışıq.