Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejim özünü buraxdığını elan edib.
Bu barədə qondarma separatçı quruma rəhbərlik edən Samvel Şahramanyan qərar verib.
“Qərar”a əsasən, qondarma rejimin bütün “qurum” və “təşkilat”larının fəaliyyəti 2024-cü il yanvarın 1-dək dayandırılacaq.
Şahramanyan erməniəsilli sakinlərin gələcəkdə Qarabağda qalmaq mümkünlüyü barədə müstəqil və fərdi qərar qəbul etmək üçün Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olmalarını istəyib.