Azərbaycanın şirin su ehtiyatları azalıbbackend

“Son 40-45 ildə Azərbaycanın şirin su ehtiyatları 25% azalıb”.

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin (BCAW2025) üçüncü günündə bildirib.

Onun sözlərinə görə, 1980-ci illərdən bəri Xəzər dənizinin səviyyəsi iki metrə yaxın düşüb, Kür çayının suyu isə oxşar həcmdə azalıb:

“Bunlar bölgəmizdə iqlim dəyişikliyinin canlı sübutlarıdır. Su ehtiyatlarının azalması fonunda içməli su və suvarma şəbəkələrində itkilər hələ də yüksəkdir, əhalinin yalnız üçdəbiri müasir tullantı su xidmətlərinə çıxış əldə edir”.