Azərbaycanlı cüdoçu Avropa kubokunda üçüncü olubbackend

Azərbaycanlı cüdoçu Xorvatiyanın Dubrovnik şəhərində keçirilən qadınlar arasında Avropa kubokunda bürünc medal qazanıb.

İctimai.az xəbər verir ki, 63 kq çəki dərəcəsində yarışan Aytac Qardaşxanlı fəxri kürsüdə yer alıb.

Yarışın ilk günündə üç çəkidə üç cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Ramilə Əliyeva (48 kq) və Nərgiz Hacıyeva (57 kq) medalçılar sırasına düşə bilməyiblər.

Qeyd edək ki, bu gün start götürən turnir sabah başa çatacaq.