Azərbaycanlı hakim UEFA Superkubokuna təyinat aldıbackend

FIFA referisi Elçin Məsiyev UEFA Superkubokuna təyinat alıb.

Oxu.Az xəbər verir ki, o, PSJ (Fransa) – “Tottenhem” (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq.

Oyunu portuqaliyalı Joan Pedro Silva Pineyro idarə edəcək. Görüş avqustun 13-də İtaliyanın Udine şəhərində yerləşən “Fruili” stadionunda keçiriləcək.